Modern.az

Rusiya Cənubi Qafqazdan uzaqlaşır - PAŞİNYAN

Rusiya Cənubi Qafqazdan uzaqlaşır - PAŞİNYAN

Dünya

3 Sentyabr 2023, 09:47

Moskva Qərb dövlətlərini İrəvanı “Rusiyanı regiondan sıxışdırmağa yönəlmiş tədbirlər görməyə” sövq etməkdə ittiham edir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

 

O, bunun doğru olmadığını bildirib.

 

"Əksinə, görürük ki, Rusiyanın özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir. Bu hansı səbəbdən baş verir? Bilmirik. Bu məsələdə öz müşahidələrimiz ola bilər, amma Mən iddia edə bilmərəm”, - deyə Paşinyan qeyd edib.

 

Paşinyan həmçinin Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan tam asılı olmasını strateji səhv adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu