Modern.az

Türk pilotlarını Bəşər Əsəd qaçırıb

Türk pilotlarını Bəşər Əsəd qaçırıb

13 Avqust 2013, 10:59
Livanda Türkiyə Hava Yollarının iki pilotunun qaçırılmasında məsuliyyəti öz üzərinə görtürən “İmam Rzanın Ziyarətçiləri” qruplaşması barədə maraqlı faktlar aşkarlanıb. Modern.az tük mətbuatına istinadən bildirir ki, qruplaşma 1980-ci illərdə Bəşər Əsədin əmisi Cəmil Əsəd tərəfindən yaradılıb. Məlumata görə,Türkiyə xüsusi xidmət orqanları təşkilat haqqında yetərli informasiya toplayıblar.

Xatırladaq ki, avqustun 9-da THY-a məxsus İstanbul-Beyrut istiqamətində uçan təyyarənin pilotu Murat Ağca və pilot köməkçisi Murat Akpınar səhər saat 03:00-da otelə gedərkən qaçırılıb. Avtobusla otelə gedən zaman onların qarşısını avtomobil kəsib. Naməlum şəxslərin pilotları hara apardığı və vəziyyətlərinin necə olduğu barədə məlumat yoxdur.

 

 Elçin MURAD

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi