Modern.az

İsveçdə “Qurani-Kərim” yandırıldı

İsveçdə “Qurani-Kərim” yandırıldı

Dünya

3 Sentyabr 2023, 17:56

İsveçin Malmö şəhərində “Qurani-Kərim”in yandırılması ilə bağlı aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, aksiya təşkilatçısı yenə iraqlı immiqrant Salvan Momika olub.

 

Bildirilib ki, ona mane olmağa çalışan şəxs polis tərəfindən saxlanılıb.

 

“SVT”nin məlumatına görə, aksiyada 200-ə yaxın insan iştirak edib. Tədbirdə atmosfer gərgin olub.

 

Qeyd edək ki, polis aksiyada daha bir neçə nəfəri saxlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu