Modern.az

Reznikov istefaya göndərilir - Zelenski təsdiqlədi

Reznikov istefaya göndərilir - Zelenski təsdiqlədi

Dünya

3 Sentyabr 2023, 23:03

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovun vəzifəsini tərk edəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.

 

Zelenski Müdafiə Nazirliyinin yeni rəhbərinin namizədliyini gələn həftə Ali Radanın təsdiqinə təqdim edəcək. Dövlət başçısı hesab edir ki, Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov müdafiə naziri olmalıdır.

 

"Mən Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim. Aleksey Reznikov 550 gündən çox genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, Nazirlik həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyac duyur. İndi nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm", - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu