Modern.az

Ukraynanın yeni müdafiə naziri KİMDİR - Səmərqənddə doğulan Krım tatarı...

Ukraynanın yeni müdafiə naziri KİMDİR - Səmərqənddə doğulan Krım tatarı...

Dünya

4 Sentyabr 2023, 00:11

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovun vəzifəsini tərk edəcəyini təsdiqləyib.

 

Zelenski Müdafiə Nazirliyinin yeni rəhbərinin namizədliyini gələn həftə Ali Radanın təsdiqinə təqdim edəcək. Dövlət başçısı hesab edir ki, Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov müdafiə naziri olmalıdır.

 

"Nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm", - Zelenski deyib.

 

Modern.az oxucuların marağını nəzərə alaraq yeni nazir haqqında məlumatları təqdim edir.

 

Rustem Enver oğlu Umerov 1982-ci ildə Səmərqənddə anadan olub. 1944-cü il mayın 18-də Umerovlar ailəsi tarixi vətəni Krımdan Sibir və Orta Asiyaya deportasiya edilib. 50 illik sürgündə deportasiyadan sonra 90-cı illərinin əvvəllərində Krım tatarlarının repatriasiyası başlanandan sonra Umerovlar ailəsi öz tarixi vətənlərinə qayıda bilib.

 

O, Milli İdarəetmə Akademiyasında (Kiyev) iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb.

 

Etnik Krım tatarı olan siyasətçi 7 sentyabr 2022-ci ildən Ukrayna Dövlət Əmlak Fonduna rəhbərlik edir.

 

Krım tatar xalqı Qurultayının nümayəndəsi və Krım tatar xalqının lideri Mustafa Cəmilovun (Qırımoğlu) müşaviridir. 

 

Siyasətçi daha əvvəl Avropa Şurası Parlament Assambleyası yanında Daimi Nümayəndəliyinin rəhbərinin müavini olub.

 

Öz 2020-ci ilin dekabrından Ali Radada “Krım platforması” assosiasiyasının həmsədridir. Həmin il Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında “Krımın və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyası”nın hazırlanması üzrə qrupa qoşulub.

 

2019-cu ilin iyulunda Ali Radaya keçirilən növbədənkənar parlament seçkilərində "Səs" partiyasından Ukraynanın xalq deputatı seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu