Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçi şəhərində ikitərəfli görüş keçiriləcək.
Modern.az xəbər verir ki, TASS Türkiyə prezidentinin dəftərxanasındakı mənbəyə istinadən Ərdoğanın görüşdən sonra nazirləri toplayacağını yazıb.
Belə ki, Ərdoğan sentyabrın 5-də Putinlə danışıqların nəticələrini müzakirə etmək üçün Türkiyə Nazirlər Kabinetinin iclasını keçirəcək.