Modern.az

Bryansk atəşə tutuldu - Binalara ziyan dəydi, işıqlar kəsildi

Bryansk atəşə tutuldu - Binalara ziyan dəydi, işıqlar kəsildi

Dünya

4 Sentyabr 2023, 11:24

Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz vilayətin Sevski rayonunun Podyvotye kəndinin atəşə tutulması barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, qubernator bu barədə teleqram kanalında yazıb.

 

Onun sözlərinə görə, xəsarət alan olmayıb. Atışma nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, kommunal və inzibati binaya da ziyan dəyib.

 

Boqomaz hadisədə Ukrayna Silahlı Qüvvələrini ittiham edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu