“Bu il Londonda Ukraynanın bərpası ilə bağlı keçirilən beynəlxalq konfransda Azərbaycan da üzərinə öhdəliklər götürmüşdü. Bu öhdəliyə uyğun olaraq Azərbaycan Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində döyüşlərdə dağıdılmış sosial obyektlərin bərpasına artıq başlayıb”.
Bunu Modern.az-a müsahibəsində Ukrayna Azərbaycanlıları Radasının Aparat rəhbəri Elşad İbrahimov bildirib.
O qeyd edib ki, İrpen şəhərində Akademik Zərifə Əliyeva adına məktəb və park var.
"Müharibə zamanı həmin ərazilər də dağıdılmışdı. Artıq problem aradan qaldırılıb, bərpa işləri aparılıb. Həmin məktəb bu ilin sentyabrında dərslər başlayıb. Park da sakinlərin ixtiyarına verilib”,- deyə Elşad İbrahimov vurğulayıb.
Qeyd edək ki, 2015-ci ildənAkademik Zərifə Əliyevanın adını daşıyan tədris ocağı I dərəcəli linqvistik məktəb adlanır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılar ilə yanaşı, daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır.