Ermənistan parlamenti ölüm hökmünün tam qadağan olunmasını müzakirə edir.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hazırda müzakirələr davam edir.
İrəvan AŞ-nin digər ölkələri ilə birlikdə ölüm hökmünün istənilən halda ləğvi ilə bağlı protokol imzalasa da, hələ ki, ratifikasiya etməyib.
***
04.09.2023 / 14:16
Ölüm hökmünün qəti şəkildə rədd edilməsi haqqında qanun layihəsi ratifikasiya üçün Ermənistan parlamentinə təqdim edilib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, Avropa İnsan Hüquqları Konvensiyasının N13 Protokolu AŞ-nın bütün 46 üzvü tərəfindən imzalanmış, lakin Ermənistan və Azərbaycan istisna olmaqla, onlardan 44-də qüvvəyə minib.