Modern.az

Soçi görüşündən İLK AÇIQLAMALAR

Soçi görüşündən İLK AÇIQLAMALAR

Dünya

4 Sentyabr 2023, 14:24

"Xarici ticarət həcmimizin 62 milyard dollar olması və 100 milyard hədəfinə doğru getməyimiz bizi həqiqətən də məmnun edir".

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə prezidenti çıxışında taxıl məsələsinin bir çox ölkələr üçün, o cümlədən az inkişaf etmiş Afrika ölkələri üçün faydalı olacağını vurğulayıb.

 

"Prezident Ərdoğanın liderliyi dönəmində Türkiyə-Rusiya münasibətləri inkişaf etdi. Ticarət həcmimiz müsbət istiqamətdə artır. Kənd təsərrüfatı mövzusunda bir çox uğur qazanmışıq. Rusiya-Türkiyə arasında bir çox məsələdə ikitərəfli əlaqələrimiz uğurla davam edir. Yaxın vaxtlarda qaz və digər məsələlərdə önəmli addımlar atacağıq. Taxıl dəhlizi məsələsini də danışacağıq", - Putin bildirib.

 

Rusiya prezidenti həmçinin Türkiyədə açılacaq Akkuyu AES və Ukraynadakı müharibədən danışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu