"NATO Ermənistanı alyansa qoşulmağa çağırmayıb, lakin İrəvan təşkilatla əməkdaşlığı davam etdirməyə hazırdır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistanla alyans arasında bir neçə ildir ki, təmaslar aparılır: "Müxtəlif formatlarda əməkdaşlıq qurulub".
Kostanyan Paşinyana alyansa qoşulmağı təklif edən NATO-nun Avropa İnkişaf Komitəsinin rəhbəri Günter Felingeri adında “NATO” sözü olan ictimai təşkilatın rəhbəri adlandırıb.