"Putinlə Ərdoğanın görüşü nəticəsində heç bir sənədin imzalanması nəzərdə tutulmayıb".
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd olunub ki, görüş 1.5 saat davam edib.
"Görüşlərin birinci raundu olduqca konstruktiv ab-havada keçdi", - sözçü bildirib.