"Görüşdə regional və qlobal mövzuları dəyərləndirdik".
Modern.az TRT-yə istinadən xəbər verir ki, bunu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin deyib.
"Yerli pul vahidi mövzusunda qərarlılığımızı vurğuladıq. Dollar və avro pul vahidlərini daha az istifadə etməklə bağlı həmfikirik. İkili ticarətdə yerli pul vahidi istifadə etmək gündəmimizdədir. Türkiyə iqtisadiyyatına ucuz yanacaq nəqlinə davam edəcəyik. Gerçək ehtiyac sahiblərinə taxıl getmədiyi üçün narahatıq. Taxıl dəhlizi ilə bağlı anlaşmaya çox yaxınıq. Taxıl sazişi ilə bağlı deyim ki, sanksiyalar aradan qalxarsa, bərpa edə bilərik", - o bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənubi Qafqazdakı vəziyyət barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. O, Rusiya-Ukrayna müharibəsinin sona çatmasını arzuladığını ifadə edib.