Modern.az

İsrail daha bir müsəlman ölkəsində səfirlik açdı

İsrail daha bir müsəlman ölkəsində səfirlik açdı

Dünya

4 Sentyabr 2023, 19:46

İsrailin xarici işlər naziri Eli Koen Manamada ölkəsinin Bəhreyn Krallığındaki səfirliyinin təntənəli açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində bildirib.

 

"Bu, ölkələrimiz arasında münasibətlərin istiləşməsindən xəbər verir", - nazir qeyd edib.

 

Qeyd edək ki, sentyabrın 4-də səhər saatlarında İsrailin xarici işlər naziri Eli Koen Bəhreynin vəliəhd şahzadəsi Salman bin Həməd bin İsa Əl Xəlifə ilə görüşüb. Görüşdə regional məsələlər, iki ölkənin terrorizmlə mübarizə öhdəliyi, həmçinin azad ticarət sazişinin təşviqinin vacibliyi və ölkələr arasında təmaslar müzakirə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu