Rusiya Kuba vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etmək üçün əməkdaşlığa cəlb edir.
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya Federasiyasında yaşayan və hətta Kubada yaşayan bəzi vətəndaşları Ukraynaya qarşı müharibədə iştiraka cəlb etmək üçün fəaliyyət göstərən insan alveri şəbəkəsini aşkar edib.
Kuba Xarici İşlər Nazirliyindən verilən məlumatda isə Daxili İşlər Nazirliyi təkzib olunur: "Kubanın düşmənləri təhrif olunmuş məlumatlar yayır. Bunun məqsədi ölkənin imicini ləkələmək və bu hərəkətlərə şərik kimi təqdim etməkdir. Ölkə bunu qəti şəkildə rədd edir".