Modern.az

Moskva Paşinyanın bəyanatları ilə razılaşmır - Kremldən ETİRAZ

Moskva Paşinyanın bəyanatları ilə razılaşmır - Kremldən ETİRAZ

5 Sentyabr 2023, 13:16

Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır.

 

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatına münasibət bildirərkən deyib.

 

"Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz. Rusiya Qarabağda təhlükəsizliyin zəmanətçisi rolunu oynamağa davam edəcək" - deyə Peskov bildirib.

 

Xatırladaq ki, Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionundan gedəcəyini bildirib.

 

"Bir gün biz yuxudan oyanacağı və görəcəyik Rusiya burada yoxdur. Rusiya Cənubi Qafqazdan gedir", deyə Ermənistan Baş naziri vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu