Modern.az

Rusiya Qərbin Ukraynada silah istehsalını özünə qarşı hesab edir

Rusiya Qərbin Ukraynada silah istehsalını özünə qarşı hesab edir

5 Sentyabr 2023, 14:56

"Moskva Qərbin Ukraynada silah istehsalına başlamaq planlarını onun Rusiya Federasiyası ilə münaqişədə iştirakının növbəti təsdiqi kimi görür".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

 

"Rusiya Federasiyasının Almaniya və İsveçdəki səfirlikləri bu ölkələrin şirkətlərinin Ukrayna üçün silah istehsal etmək planları ilə əlaqədar demarşlar həyata keçirdilər. Lavrov sentyabrın 7-də Cakartada keçiriləcək Şərqi Asiya Sammitində iştirak edəcək. O, sentyabrın 7-8-də Banqladeşə səfər edəcək və bu ölkənin baş naziri və xarici işlər naziri ilə görüşəcək", - sözçü əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu