Modern.az

Rusiya Ermənistandan izahat TƏLƏB EDİR

Rusiya Ermənistandan izahat TƏLƏB EDİR

5 Sentyabr 2023, 15:42

Rusiya Ermənistandan Roma Statutunun ratifikasiya üçün parlamentə göndərilməsinə izahat tələb edib.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

O qeyd edib ki, Moskva İrəvanın cavabı əsasında gələcək addımlar barədə qərar verəcək.

 

Xatırladaq ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib. Sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub-olmadığı məlum deyil.

 

Qanun layihəsi parlamentin saytında dərc olunmayıb.

 

Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

 

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu