Böyük Çin səddini zədələyən iki nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Çinin "China Daily" nəşri məlumat yayıb .
Bildirilir ki, kişi və qadın olmaqla iki nəfər ekskavatordan istifadə edərək Böyük Çin Səddinin bir hissəsində keçidi genişləndirmək istəyib.
Məlumata görə, genişlənmə Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın bir hissəsinin təmir oluna bilməyəcək şəkildə dağıdılmasına səbəb olub.
Saxlanılan şəxslər divardakı keçidi genişləndirmək üçün ekskavatordan istifadə etdiklərini etiraf ediblər. Onlar mədəni irsi məhv etməkdə ittiham olunublar.