Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov üçüncü dünya müharibəsinin artıq başladığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, Kiyev Təhlükəsizlik Forumunda çıxış edib.
“Dünyada baş verəcək hadisələr dayanmayacaq. Əgər kimsə üçüncü dünyanın başlamadığına inanırsa, bu, böyük səhvdir. Artıq başlayıb, hibrid dövrdə müəyyən vaxt var və indi o, aktiv fazaya keçib”, - o deyib.
Danilov, həmçinin Ukraynanın tezliklə NATO-ya daxil olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın bütün vətəndaşlarının əzmkarlığı sübut edir ki, bu ölkə tezliklə NATO-ya üzv olmalıdır.
Danilov qeyd edib ki, hazırkı geosiyasi şərait Ukrayna münaqişəsinin dünyada sonuncu olmayacaq. Onun fikrincə, Ukrayna münaqişəsindən sonra bir çox dünya institutlarının, o cümlədən BMT-nin rolu dəyişəcək.