Modern.az

İstanbula sel gəldi - Ölən və yaralananlar var

İstanbula sel gəldi - Ölən və yaralananlar var

Dünya

6 Sentyabr 2023, 08:18

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində şiddətli yağış yağıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, İstanbul rəsmiləri Başakşehir və Küçükçekmece bölgələrində yağan leysan nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.

 

Daxili işlər naziri Əli Yerlikaya da məlumatı təsdiq edib. O, ölənlərdən birinin xarici vətəndaş olduğunu bildirib.

 

Nazir sel zamanı 5 nəfərin yaralandığını vurğulayıb.

 

Bildirilir ki, sel nəticəsində şəhərin bir çox hissəsində binaların zirzəmilərini su basıb, çay kənarında qurulan gecəqondular dağılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu