Modern.az

Əfqanıstandan Tacikistana keçən terrorçular məhv edildi

Əfqanıstandan Tacikistana keçən terrorçular məhv edildi

Dünya

6 Sentyabr 2023, 08:22

Tacikistan-Əfqanıstan sərhədini pozan 3 terrorçu Tacikistan ərazisinə daxil olduqdan sonra ölkənin xüsusi xidmət orqanları tərəfindən məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

“2023-cü il avqustun 29-dan 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan ərazisində terror aktı törətmək məqsədi ilə Tacikistan-Əfqanıstan ərazisini - Darvaz istiqamətində Kevron kəndi ilə bitişik qorunan ərazidə sərhəd xəttini qanunsuz keçib. Antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib”, - bəyanatda deyilir.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu