Rusiya bu gün, müharibənin 560-cı günü səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə raket hücumu həyata keçirib.
Modern.az bu barədə yerli mətbuata və Ukrayna rəsmilərinə istinadən məlumat verir.
Bildirilir ki, ölkənin hava hücumundaıin müdafiə sistemləri bütün raketləri hədəflərinə çatmamış vurub.
Zərbələrdən əvvəl bütün Ukrayna üçün hava hücumu xəbərdarlığı edilib. Şəhərdə partlayış səsləri eşidilib.
Kiyevin hərbi administrasiyasının rəhbəri Sergey Popko "Telegram" mesajlaşma proqramında bildirilir ki, düşmənin ı4şəhərə növbəti raket hücumu dinc əhalini və infrastrukturu hədəf alıb. O əlavə edib ki, ilkin məlumata görə, Kiyevdə dağıntı və tələfat yoxdur.
Hücumun X-101, X-555, X-55 və digər raketlərlə həyata keçirildiyi bildirilir. İlkin məlumatlara görə, raketlər Tu-95MS strateji təyyarələrindən atılıb.
Rusiya İran istehsalı "Şahed" dronları ilə Odessaya da hücum edib. Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum nəticəsində bir nəfər ölüb.
“Ağır xəsarət alan kənd təsərrüfatı müəssisəsinin əməkdaşı xəstəxanada dünyasını dəyişib”, - deyə Kiper qeyd edib..
Onun sözlərinə görə, bir neçə yaşayış məntəqəsində dağıntılar və yanğınlar qeydə alınıb.
"Liman və kənd təsərrüfatı infrastrukturuna ziyan dəyib: liftlər, inzibati binalar, kənd təsərrüfatı müəssisələri", -Kiper əlavə edib.