Modern.az

Rusiyada Çexiya təyyarələrinin istismarı dayandırıldı - SƏBƏB

Rusiyada Çexiya təyyarələrinin istismarı dayandırıldı - SƏBƏB

Dünya

6 Sentyabr 2023, 09:10

Çexiyanın "Aircraft Industries" zavodunun L-410 regional təyyarəsinin istismarı sentyabrın 1-dən Kamçatka ərazisində ehtiyat hissələrinin çatışmazlığı səbəbindən dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

 

Kamçatka rəhbərliyinin nümayəndəsi paralel idxalla bağlı çətinliklərin bu vəziyyətə gətirib çıxardığını izah edərək, dayandırılmanın bəzi komponentlərin və birləşmələrin “ömürünün başa çatması” ilə bağlı olduğunu əlavə edib.

 

Bildirilib ki, L-410 model təyyarəsi digər tipli təyyarələrlə əvəz olunacaq. Bununla yanaşı, qeyd edilib ki, rayonun yaşayış məntəqələrinin nəqliyyat əlçatanlığı pozulmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu