Modern.az

Ukraynada seçkilərin təşkilinə kömək edə bilərik - Çexiya XİN

Ukraynada seçkilərin təşkilinə kömək edə bilərik - Çexiya XİN

Dünya

6 Sentyabr 2023, 09:58

Çexiya Ukraynaya seçki keçirilməsi ilə bağlı yardım təklif edib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Dreyik bildirib.

 

Onun sözlərinə görə, Praqa hesab edir ki, Ukraynada prezident və parlament seçkiləri 2024-cü ildə təşkil edilə bilər və Çexiya bunun üçün kömək etməyə hazırdır.

 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl seçki keçiriləcəyi təqdirdə namizəd olub-olmayacağı ilə bağlı suala konkret cavab verməmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu