Modern.az

İzmirin merindən Akşenerin qərarına REAKSİYA - Qoy eləsinlər

İzmirin merindən Akşenerin qərarına REAKSİYA - Qoy eləsinlər

7 Sentyabr 2023, 10:52

Türkiyənin İzmir Böyük Şəhər Bələdiyyəsinin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən sədri Tunç Soyer İYİ Partiyanın növbəti yerli seçkilərdə bütün vilayətlərdə, o cümlədən böyük şəhərlərdə namizəd çıxarması ilə bağlı qərarını şərh edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mer bundan narahat olmağa ehtiyac olmadığını vurğulayıb.

 

"Qoy namizəd çıxarsınlar. Bu qərar bizə heç bir təsir göstərməz. İYİ Partiya olmasa, İzmirdə bir itki olmaz", - o bildirib.

 

Qeyd edək ki, İYİ Partiya İzmirdə partiyanın tanınmış funksionerlərindən Ümit Özlaleni namizəd göstərəcəyini açıqlayıb.

 

İzmir tarixən solun, xüsusən də CHP-nin "səs anbarı" hesab olunur.

 

***

06.09.2023 / 11:38

 

Türkiyədə İYİ Partiyanın sədri Meral Akşener növbəti il keçiriləcək bələdiyyə seçkilərindən danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyasətçi partiyasının seçki strategiyasının detallarına toxunub.

 

"Ölkənin hər yerində - 81 vilayətin hamısında namizəd çıxaracağıq. İstanbul və Ankara da daxil olmaqla, bütün bələdiyyələr üzrə öz namizədlərimiz olacaq", - o qeyd edib.

 

Jurnalistin "İstanbul və Ankaranın müxalifətin əlindən çıxmasını gözə alırsınızmı?" sualına Akşener belə cavab verib: "Hər şeyi gözə alırıq. Nə bilmək olar, bəlkə elə bizim namizədimiz qələbə çalacaq?".

 

Bu xəbər ilə bağlı
Türkiyədə növbəti seçkilərə 7 ay qalır - Bələdiyyələrə kimlər bələd olacaq...
Xəbəri oxu

Xatırladaq ki, seçkilərlə bağlı əvvəlki açıqlamasında İYİ Partiya sədri müstəqil şəkildə iştirakdan danışsa da, bəzi yerlərdə əməkdaşlığa açıq olduqlarını da vurğulamışdı.

 

Qeyd edək ki, Türkiyədə yerli seçkilərin 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulub. Ötən bələdiyyə seçkilərində - 2019-cu ildə İYİ Partiya Millət İttifaqı çərçivəsində iştirak etmişdi və müxalifətin seçki bloku əsas şəhərlərdə qələbə qazanmışdı.

 

Maydakı son prezident və parlament seçkilərində də müxalifətin əməkdaşlığından sonra Millət İttifaqı dağıldı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi