"Şərq cəbhəsində əməliyyat vəziyyəti ağır olaraq qalır".
Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı general Aleksandr Sırski deyib.
"Ölkənin şərqində vəziyyət ağır olaraq qalır və əsas vəzifə etibarlı müdafiəni təmin etmək və dayaq məntəqələrinin itirilməsinin qarşısını almaqdır. Düşmən Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çatmaq planlarından əl çəkmir, o, inadla qisas almağa və əməliyyat təşəbbüsünü ələ keçirməyə hazırlaşır. Bizim əsas vəzifəmiz Kupyansk və Liman istiqamətlərində mövqelərimizin itirilməsinin qarşısını almaq, həmçinin uğurla irəliləmək və Baxmut istiqamətində müəyyən xətlərə çatmaqdır”, - deyə general bildirib.
Sırskinin sözlərinə görə, Kupyansk istiqamətində ruslar hücum dəstələrinin hazırlığını başa çatdırır, Liman istiqamətində isə qoşunların Rusiya ərazisində formalaşdırılan və yerləşdirilən 25-ci ordu hissələri ilə əvəzlənməsi davam edir.