Modern.az

Aİ Ukraynaya sursat yardımı üçün müqavilələr imzalayıb

Aİ Ukraynaya sursat yardımı üçün müqavilələr imzalayıb

Dünya

6 Sentyabr 2023, 12:14

Avropa İttifaqı Ukraynaya sursat tədarükü üçün müqavilələr imzalayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Brüsseldə Ukrayna üçün birgə artilleriya mərmilərinin alınmasına dair ilk müqavilələr imzalanıb

 

Söhbət 155 millimetrlik sursatdan gedir.

 

“Texniki sursat təşəbbüsümüzdə irəliyə doğru daha bir addım atırıq. Üzv dövlətlər artıq 8 çərçivə müqaviləsi üzrə sifarişləri tədarük edə bilərlər. Zaman vacibdir. Putin Ukrayna xalqına qarşı təcavüzün sona çatması üçün heç bir əlamət göstərmir. Ona görə də Ukraynanın müdafiəsinə hərbi dəstəyimiz davam etməlidir”, - deyə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borel bildirib.

 

Aİ üzvləri ən çox yayılmış artilleriya haubitsaları üçün mərmi alacaqlar. Yaxın vaxtlarda digər artilleriya sistemləri üçün də digər çərçivə müqavilələri bağlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu