Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə səfərdədir.
Modern.az xəbər verir ki, CNN telekanalı səfərin bəzi detalları ilə bağlı məlumat verib.
Belə ki, məlumata görə, səfər zamanı Blinken Ukraynaya 1 milyard dollardan çox vəsaitin ayrılacağını açıqlaya bilər.
Telekanal əlavə edib ki, dövlət katibinin Ukrayna rəsmiləri və prezident Volodimir Zelenski ilə görüşü planlaşdırılır.