Modern.az

Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Dünya

6 Sentyabr 2023, 14:22

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 22-də, saat 09:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Modern.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-737-75-05) müraciət edə bilərlər.

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu