Modern.az

Rustem Umerov Ukraynanın yeni müdafiə naziri oldu

Rustem Umerov Ukraynanın yeni müdafiə naziri oldu

Dünya

6 Sentyabr 2023, 14:30

Rustem Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Umerovun təyinatı Ali Radada təsdiqlənib.

 

Qeyd edək ki, Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov bir neçə gün əvvəl prezident Volodimir Zelenskinin qərarına uyğun olaraq istefa verib. Bu gün onun 3 müavini də istefa ərizəsi yazıb.

 

Zelenski krımtatar əsilli R.Umerovun Reznikovu əvəzləyəcəyinin anonsunu vermişdi. Umerov bundan əvvəl xalq deputatı və hökumətin tərkibində komitə sədri kimi fəaliyyət göstərib. Ali Rada bir müddət əvvəl onun komitə sədrliyindən istefasını qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu