Modern.az

Ukrayna kəşfiyyatı Priqojinin öldüyünə 100 faiz əmin deyil

Ukrayna kəşfiyyatı Priqojinin öldüyünə 100 faiz əmin deyil

Dünya

6 Sentyabr 2023, 14:54

"Ukrayna kəşfiyyatı "Vaqner"in rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında öldüyünə 100% əmin deyil".

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov “Ukrinform”a müsahibəsində bildirib.

 

O qeyd edib ki, Priqojinlə bağlı tam əminlik olmasa da, onun "sağ əli" Dmitri Utkinin ölümü ilə bağlı məlumatı kəşfiyyat təsdiqləyir.

 

Qeyd edək ki, iyunun sonlarında çevriliş cəhdindən 2 ay sonra Priqojinin təyyarəsi qəzaya uğradı və bütün sərnişinlər, eləcə də ekipaj üzvləri öldü. Qəza ilə bağlı müxtəlif versiyalar var ki, onlardan ən geniş yayılanı hadisənin Rusiya hakimiyyəti tərəfindən törədilməsidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu