Modern.az

ABŞ məşhur raketini sınaqdan keçirdi

ABŞ məşhur raketini sınaqdan keçirdi

Dünya

6 Sentyabr 2023, 15:22

ABŞ "Minuteman III" qitələrarası ballistik raketinin  növbəti sınaq buraxılışını həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.

 

Buraxılış Amerika kosmik qüvvələrinin Vanderberq bazasından bu gün, sentyabrın 6-da yerli vaxtla saat 1:26-da baş tutub.

 

"Sınaq buraxılış proqramının məqsədi silah sisteminin təhlükəsizliyini, effektivliyini və hazırlığını yoxlamaqdır", - məlumatda bildirilir.

 

"Minuteman III" ballistik raketi 1970-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır. Raket sonuncu dəfə aprelin 19- da sınaqdan keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu