Modern.az

Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş konfrans keçiriləcək

Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş konfrans keçiriləcək

Dünya

6 Sentyabr 2023, 17:18

Oktyabrda İrəvanda “Cənubi Qafqazdakı geosiyasi reallıqlar işığında Ermənistan-Rusiya münasibətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan-Rusiya Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Jasmina Qevondyan bildirib.

 

Onun sözlərinə görə, beynəlxalq ekspertlər dəvət olunacaq: "Bəlkə o vaxta qədər Konstantin Zatulin və Viktor Krivopuskovun Ermənistana girişinə qoyulan qadağa götürüləcək".

 

"Ermənistanda Rusiya ilə münasibətlərdə müəyyən qədər soyuqlaşma var. Bunu müəyyən qüvvələr bilərəkdən həyata keçirir. Cəmiyyətin məqsədi bunun qarşısını almaqdır", - Qevondyan deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu