"ABŞ Ukraynanın əks-hücumunda yaxşı irəliləyiş görür".
Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Ukrayna XİN başçısı Dmitro Kuleba ilə birgə mətbuat konfransında deyib.
“Mən ilk növbədə Ukraynaya güclü dəstəyimizi nümayiş etdirmək üçün buradayam. Əks-hücumda yaxşı irəliləyiş gördük. Biz əmin olmaq istəyirik ki, Ukrayna təkcə uğurlu əks-hücum üçün deyil, həm də uzunmüddətli perspektivdə ona lazım olan hər şeyə malik olsun.
Yaxşı çəkindirmə rıçaqlarına, güclü müdafiə imkanlarına malik olsun ki, təcavüz bir daha təkrarlanmasın”, - o qeyd edib.