Modern.az

Məhsa Əmininin əmisi saxlanıldı

Məhsa Əmininin əmisi saxlanıldı

Dünya

6 Sentyabr 2023, 17:56

İranda sentyabrda əxlaq polisinin nəzarətində müəmmalı şəkildə həyatını itirən gənc qız Məhsa Əmininin vəfatının ildönümü ilə bağlı hər hansı toplantının qarşısını almaq məqsədi ilə müxaliflərə qarşı təzyiqlər artıb.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Əmininin əmisini saxlayıb.


“Dünən Əmininin əmisi Safa Aelinin evinə basqın olub, məhkəmə qərarı olmadan onun avtomobilində və evində axtarış aparılıb, sonra onu həbs ediblər. Bəzi sənədləri də müsadirə ediblər”, - ailəyə yaxın mənbə bildirib.

 

Məlumata görə, həbs olunmazdan əvvəl Aelini 1 həftə ərzində təhlükəsizlik qüvvələri izləyib. Ailə onun hara aparıldığını bilmir.

 

İranın məhkəmə sistemi "Reuters"in şərh sorğusuna cavab verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu