Modern.az

Simonyan yenidən Zaxarovaya söz atdı

Simonyan yenidən Zaxarovaya söz atdı

Dünya

6 Sentyabr 2023, 19:30

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya ilə ölkəsi arasında münasibətlərin gərginləşdiyini düşünmür.

 

Modern.az xəbər verir ki, bu barədə o, yerli mətbuata müsahibəsində danışıb.

 

“Deməzdim ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, sadəcə olaraq elə bir vəziyyət yaranıb ki, suallar çoxdur, cavab yoxdur", - Simonyan deyib.

 

O, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı “kobudluğa yaxın” ritorikada danışırlar”, sözlərinə cavab olaraq bildirib ki, “hansısa idarənin hansısa katibinin sözlərinə şərh vermək fikrində deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu