Fransa prezidenti Emmanuel Makronun yaxın günlərdə Ermənistana səfəri nəzərdə tutulmayıb.
Modern.az xəbər verir ki, bu barədə "news.am" saytına Fransanın Ermənistandakı səfirliyindən məlumat verilib.
Səfirlik mətbuatda yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, bu gün Fransa prezidentinin Ermənistana və Azərbaycana səfər edəcəyi ilə bağlı xəbərlər yayılıb.