ABŞ Ukrayna üçün yeni hərbi yardım paketi açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Hərbi yardımın dəyəri 175 milyon dollardır. Yeni hərbi yardım paketinə "Abrams" tankları üçün zəifləşdirilmuş uran mərmiləri də daxildir.
Paketə daxil olan digər silah və sursatlar aşağıdakılardır:
- Hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün avadanlıq;
- HIMARS sistemləri üçün əlavə sursat;
- 155 və 105 mm-lik artilleriya mərmiləri;
- 81 mm-lik minaatan sistemləri və mərmiləri;
- TOW raketləri;
- 'Javelin" və AT-4 zireh əleyhinə sistemlər;
- 3 milyondan çox atıcı silah sursatı;
- Taktiki aeronaviqasiya sistemləri;
- Taktiki təhlükəsiz rabitə sistemləri və dəstək avadanlığı.