Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziya” adlandırıb.
Modern.az xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında bildirib.
“Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik", - deyə Qruşko vurğulayıb.
O qeyd edib ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər.