Modern.az

ABŞ Ukraynaya 1 milyard dollar yardım ayırdı

ABŞ Ukraynaya 1 milyard dollar yardım ayırdı

Dünya

6 Sentyabr 2023, 23:27

ABŞ Dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı ölkəsinin Ukraynaya 1 milyard dollarlıq yeni yardım paketi ayıracağını, bunun 665 milyon dollarının hərbi məqsədlər üçün nəzərdə tutulduğunu bildirib

 

Modern.az xəbər verir ki, bu barədə o, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi mətbuat konfransında bildirib.

 

“Keçən ildən bəri Ukrayna qüvvələri işğal olunmuş ərazilərin 50%-dən çoxunu geri qaytarıb. Bu yeni yardım, əlavə vəsaitlər hava hücumundan müdafiəni xeyli gücləndirəcək”, - deyə Blinken qeyd edib.

 

Blinkenin sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bəri ABŞ Kiyevə təhlükəsizlik üçün 43 milyard dollardan çox yardım edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu