Modern.az

17 nəfərin ölümü və Blinkenin kölgədə qalan səfəri - Cəbhədə son vəziyyət

17 nəfərin ölümü və Blinkenin kölgədə qalan səfəri - Cəbhədə son vəziyyət

Dünya

7 Sentyabr 2023, 09:16

Sentyabrın 6-da ABŞ dövlət katibi Entoni Blinken Ukraynada səfərdə olub.

 

Modern.az xəbər verir ki, Rusiyanın azı 17 nəfərin ölümünə səbəb olan hücumu səfəri kölgədə qoysa da, önəmli açıqlamalar verilib.

 

Ukrayna Prezident Volodimir Zelenski Baxmut şəhərinin yaxınlığında, cəbhənin şərqində yerləşən Kostiantinovka şəhərindəki izdihamlı bazara edilən hücumu pisləyib. O, ölənlər arasında bir uşağın olduğunu, rəsmilər isə ən azı 32 nəfərin yaralandığını bildirib.

 

Zelenski bunu “dinc şəhərə” qəsdən hücum kimi qiymətləndirib: “Bu rus şərinə ən qısa zamanda qalib gəlmək lazımdır”. Ukrayna rəsmiləri bazarda dəhşətli partlayışın baş verdiyini əks etdirən video görüntülər yayıblar.

 

Avropa İttifaqı Blinkenin Kiyevə səfərinin ikinci günündə Rusiyanın Kostiantinovka bazarına hücumunu pisləyib, bunu "iyrənc və vəhşilik" adlandırıb və bunun arxasında duranların cavab verəcəyini bildirib.

 

Əks-hücum əməliyyatının başlanmasından bu yana Kiyevə səfər edən ilk yüksək səviyyəli ABŞ rəsmisi olan Blinken Ukraynanın hava hücumundan müdafiə sistemlərinə dəstək veriləcəyini və ABŞ-ın 1 milyard dollardan çox yardım paketi verəcəyini bildirib. 

 

Qeyd edək ki, ABŞ hökuməti 2022-ci ilin fevralından sonra Ukraynaya 43 milyard dollardan çox silah hərbi yardım edib.

 

Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib ki, davam edən əks-hücum əməliyyatında son bir neçə həftə ərzində irəliləyiş sürətlənib: "Bu yeni yardım onu davam etdirməyə və daha da sürətlənməyə kömək edəcək".

 

Bundan əvvəl ABŞ mediası bundan əvvəl naməlum amerikalı rəsmilərə istinad edərək yazıb ki, Ukraynanın əks-hücum əməliyyatı çox ləng olub. Tənqidlər Ukrayna rəsmilərini qəzəbləndirib və Kulebanı tənqidçilərə “susun” deməyə vadar edib.

 

Ukrayna əks-hücum zamanı ondan çox kənd və kiçik yaşayış məntəqəsini geri alıb. Lakin Rusiyanın nəzarətində olan ərazilərə irəliləmə mina sahələri və xəndəklər görə ləngiyib. ABŞ rəsmiləri Ukraynanın hərbi taktikasını açıq şəkildə tənqid etməyiblər və ötən həftə cənub-şərqdə irəliləyiş olduqlarını bildiriblər.

 

Ağ Evin mətbuat katibi Larin Jen-Pyer bildirib ki, ABŞ-ın yeni yardımına HIMARS raket buraxılış sistemləri, Javelin tank əleyhinə silahlar, "Abrams" tankları və digər silah sistemləri üçün sursatlar daxildir. Pentaqon zəifləşdirilmiş uran sursatını da göndərəcəyini bildirib.

 

Kuleba Blinkenlə ABŞ-ın ATACMS uzaqmənzilli raketlər verməsini müzakirə etdiklərini və müsbət qərara ümid etdiyini bildirib və əlavə edib ki, Ukraynanın silahlanması dünyanı Moskvanın təcavüzündən qoruyur.

 

Kiyevə qatarla səfər edən Blinken həmin gün Ukraynada olan Danimarkanın baş naziri Mettle Frederiks ilə danışıqlar aparıb. Dövlət Departamentinin sözçüsü bildirib ki, Blinken Danimarkanın Ukraynaya F-16 qırıcı təyyarələri bağışladığına və ukraynalı pilotların hazırlanması üçün dövlətlər koalisiyasına rəhbərlik etdiyinə görə Frederiksə təşəkkür edib.

 

Xatırladaq ki, Danimarka və Niderland keçən ay ABŞ istehsalı olan 60-dan çox F-16 təyyarəsini Ukraynaya tədarük edəcəklərini açıqlayıblar.

 

Kremlin sözçüsü Dmitri Peso Blinkenin səfəri ilə bağlı sualı cavablandırarkən deyib ki, Moskva Vaşinqtonun “son ukraynalıya qədər müharibə aparmaq üçün” Ukrayna ordusunu maliyyələşdirməyə davam etməyi planlaşdırdığına inanır.

 

O, ABŞ-ın Kiyevə yardımının Rusiyanın "xüsusi hərbi əməliyyatı"nın gedişatına təsir etməyəcəyini deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu