ABŞ ilk dəfə olaraq Rusiyanın aktivlərini Ukraynaya ötürür.
Modern.az "Strana"ya istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan dövlət katibi Antoni Blinken deyib.
“Ukraynanın təhlükəsizlik ehtiyaclarına əlavə olaraq, biz ilk dəfə olaraq Ukraynaya sanksiyaya məruz qalan rus oliqarxlarından müsadirə edilmiş aktivləri köçürürük, indi bu vəsaitlər Ukrayna veteranlarına dəstək üçün istifadə olunacaq”, - Blinken bildirib.
O, kimin aktivlərinin Kiyevə köçürüldüyünü açıqlamayıb. Amma məlumdur ki, söhbət 5.4 milyon dollardan gedir.
Qeyd edək ki, ABŞ Rusiya Federasiyasına məxsus 330 milyard dolları dondurub.