Modern.az

Bu ölkələr Ukraynadan idxala yenə qadağa qoyacaq

Bu ölkələr Ukraynadan idxala yenə qadağa qoyacaq

Dünya

7 Sentyabr 2023, 10:24

Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropa İttifaqının mövqeyinə baxmayaraq, sentyabrın 15-dən sonra Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı uzatmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-dəki mənbələrə istinadən "Politico" məlumat yayıb.

 

Aİ-nin digər 22 ölkəsinin səfirləri Avropa Komissiyası ilə görüşdə təşəbbüsü dəstəkləməyiblər. Fransa və Almaniya bunu ən çox tənqid edən ölkələrdir. Avropalı diplomat anonim olaraq nəşrə bildirib ki, məhdudiyyətlərin uzadılması qərarı sırf siyasi olacaq, çünki Polşada tezliklə ümumi seçkilər keçiriləcək və Varşava öz fermerlərinin etirazına zəmin vermək istəmir.

 

"Aİ səviyyəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə səbəb fermerlərin yolları və terminalları bağlamağa başlaması olub. Biz çarəsiz qalan fermerlərin və ya fermer birliklərinin radikal liderlərinin bu vəziyyətdən istifadə etməsi hallarının qarşısını almalıyıq", - deyə rəsmi bildirib.

 

Bundan əvvəl Ukrayna qadağanın yenidən uzadılacağı təqdirdə Polşanı və Avropa İttifaqını məhkəməyə verəcəyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu