Modern.az

Papikyan kiprli həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Papikyan kiprli həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Dünya

7 Sentyabr 2023, 11:20

Ermənistanın müdafiə naziri Suren Papikyan ilə Kipr Respublikasının müdafiə naziri Mixalis Yorqallas arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, söhbət zamanı Ermənistan və Kipr ətrafında mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib. Suren Papikyan həmkarına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edib.

 

Həmsöhbətlər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişatını da müzakirə ediblər. Nazirlər əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər və onun daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu