Modern.az

Yeni nazir hərbi xidmətə çağırışın rəqəmsallaşmasından DANIŞDI

Yeni nazir hərbi xidmətə çağırışın rəqəmsallaşmasından DANIŞDI

Dünya

7 Sentyabr 2023, 11:34

Ukraynanın yeni müdafiə naziri Rüstəm Ömərov hərbi xidmətə çağırışı rəqəmsallaşdırmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" yazıb.

 

Dünən Ali Rada tərəfindən Ukrayna MN rəhbəri vəzifəsinə təyin edilən Ömərov elektron hərbi biletin tətbiqi, çağırışçıların vahid reyestrinin işə salınması və hərbi həkim komissiyalarının işinin bütün mərhələlərinin rəqəmsallaşdırılması planlarını açıqlayıb.

 

"Elektronlaşdırıla bilən hər şey elektronlaşmalıdır. Əsgər haqqında bütün məlumatlar rəqəmsal formada olmalıdır: elektron hərbi bilet, hərbi həkim komissiyası və xəstəxanaların rəqəmsallaşdırılması, elektron jurnal, hərbi hesabatlar - hər şey", - Ömərov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu