Modern.az

Anna Akopyan özünün Zelenskilərlə şəklini yaydı - FOTO

Anna Akopyan özünün Zelenskilərlə şəklini yaydı - FOTO

Dünya

7 Sentyabr 2023, 12:23

Kiyevdə olan Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya ilə fotolarını dərc edib.

 

Modern.az xəbər verir ki, şəkillərdən birində Anna Akopyan Ukrayna prezidenti Vladimir Zelenski ilə də əl sıxır.

 

Xatırladaq ki, Anna Akopyan Kiyevdə keçirilən Birinci Xanımlar və Həyat yoldaşlarının Sammitində iştirak edir.

 

Anna Akopyan Kiyevə getməsi və özü ilə bərabər humanitar yardım aparması Ermənistanda birmənalı qarşılanmayıb. Müxalif qüvvələr Paşinyan hökumətini anti-Rusiya siyasətini gücləndirməkdə ittiham ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu