Modern.az

Ermənistan-ABŞ təlimləri vəziyyətin sabitləşməsinə kömək etmir - PESKOV

Ermənistan-ABŞ təlimləri vəziyyətin sabitləşməsinə kömək etmir - PESKOV

Dünya

7 Sentyabr 2023, 13:40

"Putin G20 sammitinin iştirakçılarına videomüraciət ünvanlamağı planlaşdırmır, görüşdə bütün işləri Lavrov aparacaq".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Rusiya Federasiyası ABŞ-ın sanksiyaya məruz qalan iş adamlarının müsadirə olunmuş vəsaitlərini Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə dəstək vermək üçün göndərmək qərarını qanunsuz hesab edir. Ukraynanın tükənmiş uran mərmilərindən istifadəsinin nəticələrinə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşəcək. Rusiya Federasiyasının xaricdəki pul vəsaitlərinin qanunsuz tutulmasının hər bir halı ciddi məhkəmə araşdırmalarına səbəb olacaqdır", - o vurğulayıb.

 

Peskov ABŞ-Ermənistan təlimlərinə də yenidən münasibət bildirib.

 

O qeyd edib ki, Ermənistanla ABŞ arasında hərbi təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir:

 

"Rusiya Federasiyası, Azərbaycan və Ermənistan İrəvan və Bakı arasında nizamlanma üzrə ciddi işləri davam etdirir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu