Rusiya prezidenti Vladimir Putin bu gün federasiya subyektlərindən Mordoviya Respublikasının başçısı Artyom Zdunovu qəbul edib.
Modern.az xəbər verir ki, görüşdə məzəli anlar yaşanıb.
Belə ki, Mordoviya rəhbəri Putinin atasının adını deməyə çətinlik çəkib. O, "Vladimir Vladimiroviç" əvəzinə "Vladimir Anatoliç Antoniç Vladimiç" deyib.
Daha sonra tərəflər respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirəsinə keçiblər.