ABŞ və Böyük Britaniya kiberməkanda qeyri-qanuni fəaliyyətlərinə görə 11 rusiyalıya qarşı sanksiya tətbiq edib.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyadan 11 nəfərin sanksiya siyahısına kibertəhlükəsizliklə bağlı daxil edilməsi təmin olunub. Böyük Britaniya həmçinin hakerlik fəaliyyəti ilə bağlı 11 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Qeyd edək ki, bundan əvvəl də xeyli fiziki və hüquqi şəxs sanksiyalara məruz qalıb.